AZ-GRANATA

Ağsuda yerləşən zavod 8.8 hektar ərazidə salınmışdır.  İllik istehsal gücü isə 50000 ton meyvə şirəsi vəya 65 milyon şərti qabdlaşdırmadır. Zavodun meyvə qəbulu sexi üzüm, nar, alma, armud və heyva çeşidləri üçün uyğundur. Meyvə qəbulu sexində meyvənin qəbulu, təmizlənməsi, sortlaşdırılması, istənməyən mikro orqanizmlərin öldürülməsi, aseptik çəndə saxlanılması və qatılaşdırılaraq konsentrat  halına gətirilərək aseptik çənə doldurulması mərhələləri həyata keçirilir..Zavodda 16 növ meyvə şirəsi istehsal edilərək 50 ədəd şərti qablarda istehlakçıya təklif olunur. Az-Granata şirkəti  "Vita1000"   və “+more” brendlərini istehlakçılarına təqdim edir. Bakı şəhərində yerləşən satış mərkəzində 2 milyon litrlik hazır məhsul anbarı mövcuddur.

 

www.azgranata.az