İnsan resursları siyasəti

"Modern Group of Companies" MMC insan resurslarının idarə edilməsi siyasəti

Modern Groupun insan resursları siyasəti - yüksək peşəkar və şəxsi keyfiyyətlərə malik, nəticəyə fokslaşmış, daim inkişaf edən, motivasiyalı gənc mütəxəssislər və ixtisaslı menecerləri öz fəaliyyətinə cəlb edən və yetişdirən, korporativ ruhlu kollektiv mühit formalaşdıran, insan resurslarının idarə edilməsinin müasir standartlara cavab verən ən yaxşı (üstünlük verilən) işəgötürən olmağa yönəlmişdir.

 

Modern Groupun insan resursları siyasəti şirkətlərimizdə insan resurslarının idarə edilməsinin hər bir istiqaməti üzrə siyasəti - əsas prinsipləri müəyyən edir.

 

Bu siyasət daxili dəyərlər nəzərə alınmaqla həyata keçirilir və insan resurslarının idarə edilməsinin hüquqi, təşkilati-funksional, iqtisadi və sosial-psixoloji aspektlərini əhatə edir.

 

İnsan resurslarının idarə edilməsi siyasəti müxtəlif istiqamətlərdə fəaliyyət göstərən şirkətlərimizin funksional xüsusiyyətləri və ehtiyacları nəzərə alınaraq formalaşdırılır və həyata keçirilir. Eyni zamanda bütöv bir komanda olaraq Modern Groupun insan resursları siyasəti özündə vahid dəyərləri, prinsipləri birləşdirir.

 

Modern Groupda insan resurslarının effektiv idarə edilməsinin üstünlük verilən (və ya əsas) prinsipləri aşağıdakılardır:

- Modern Groupun adekvat (lazımi vaxtda, lazımi kəmiyyətdə və keyfiyyətdə) insan resursları ilə təmin edilməsi;

-intizamlı, dəyərlərə hörmət edən, yüksək əhval ruhiyyəli və etibarlı kollektiv mühitin təmin edilməsi;

-Modern Groupun hər bir əməkdaşının davamlı olaraq şəxsi və yüksək peşəkarlıq səviyyəsinin artırılması üçün şəraitin yaradılması;

- Modern Group əməkdaşlarına etimad və hörmətlə yanaşılması, onların fərdi keyfiyyətlərinin və fəaliyyətinin nəticələrinin obyektiv qiymətləndirilməsi;

-Modern Group əməkdaşlarının maddi, sosial və mənəvi tələbatlarının ödənilməsi üçün mövcud imkanlardan maksimum istifadə edilməsi, sağlam və təhlükəsiz iş mühitinin formalaşdırılması;

-rəhbərlik və əməkdaşlar arasında münasibətlərdə subordinasiya, eyni zamanda açıq və çevik kommunikasiyanın paralel tətbiq edilməsi;

-təcrübəli və yeni əməkdaşların fəaliyyətinin optimal əlaqələndirilməsi, karyera yüksəlişində varisliyə üstünlüyün verilməsi;

- əməkdaşlarımızdan gözləntilərimizin və onlara təkliflərimizin əvvəlcədən aşkar ifadə ediləsi;

-insan resurslarının idarə edilməsi və əmək münasibətlərinin əlaqələndirilməsi, əməkdaşlarımızın qanunvericiliklə qorunana hüquqlarının təmini.