Modenis MMC

Modenis MMC 2012-ci ilin sentyabr ayında fəaliyyətə başlamış və eManat brendi ilə 2013-cü ilin martın 5-də Azərbaycan ödəniş bazarına daxil olmuşdur. Şirkət hazırda özünəxidmət nağd ödəniş köşkləri şəbəkəsinin idarə olunması ilə məşğuldur.  eManat köşkləri vasitəsilə kommunal xidmətlər, mobil rabitə, telefon, İnternet, kabel televiziyası, əyləncə, bank ödənişləri və s. həyata keçirmək mümkündür. Hazırda şirkətin şəbəkəsinə Bakı/Abşeron/Sumqayıtda 1155, bütün ölkə ərazisində isə 1359 nağd ödəniş köşkü daxildir.

 

 

www.e-manat.az