Keyfiyyətə Nəzarət və Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik üzrə Menecer

İşin adı:     Keyfiyyətə Nəzarət və Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik üzrə Menecer

İş yeri:       Bakı şəh. Nərimanov rayonu, Əhməd Rəcəbli 19A

İş təcrübəsi: minimum 5 il

Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında müəyyən olunacaq

İş qrafiki : 5 günlük (09:00– 18:00)

Vəzifə öhdəlikləri:

Keyfiyyətə Nəzarət

  • Holdinqə daxil olan müəssisələrdə keyfiyyətə nəzarət sisteminin qurulması;
  • Keyfiyyətə nəzarət sahəsində prosedur qaydaların hazırlanması və tətbiq olunmasına nəzarət edilməsi;
  • Keyfiyyətə nəzarət işlərinin təşkili üçün iş planının tərtib edilməsi;
  • Məhsulların keyfiyyətinin yaxşılaşdırılması, daxili və xarici bazarların tələbatına

uyğunlaşdırılması üçün tədbirlərin hazırlanması və həyata keçirilməsinin təmin edilməsi;

  • İllik plana əsasən audit proqramlarının hazırlanması və plana uyğun olaraq daxili yoxlamaların həyata keçirilməsi;
  • Aparılmış yoxlamalar əsasında hesabatların hazırlanması və Holdinq rəhbərliyinə təqdim edilməsi;
  • Keyfiyyətə nəzarət sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ – hüquqi aktların tələblərinin yerinə yetirilməsinə nəzarət edilməsi;
  • Keyfiyyətə nəzarət üzrə müəssisələrdə mövcud olan mütəxəssislərin işinin idarə olunması və hesabatlılığın təmin edilməsi.

Əməyin Mühafizəsi və Texniki Təhlükəsizilik

  • Əməyin mühafizəsi və Terxniki Təhlükəsizlik sahəsində Holdinqə daxil olan müəssisələrin siyasətinin müəyyən edilməsi;
  • Ölkə qanunvericiliyi və Beynəlxalq tələblərə cavab verən prosedur qaydalarının hazırlanması və tətbiqinə nəzarət;
  • Müəssisələrdə mövcud SƏTƏM əməkdaşlarının işinin təşkili və onların bilik və bacarıqlarının inkişaf etdirilməsi;
  • SƏTƏM üzrə vaxtaşırı yoxlamaların aparılması, risklərin aşkarlanması və müvafiq qabaqlayıcı tədbirlərin görülməsi;
  • SƏTƏM üzrə dövri hesabatların hazırlanması və Holdinq rəhbərliyinə təqdim olunması

Namizədə tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə minimum 5 il iş təcrübəsi;

 

Vakansiyaya buradan müraciət edə və yaxud şəkil əlavə olunmuş tərcümeyi hallarını   hr@moderngroup.az e-mail ünvanına 31.01.2019 cu il tarixinə qədər mövzu yerində “Keyfiyyətə Nəzarət və Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik üzrə Menecer” qeyd edərək göndərə bilərsiniz.