Oro Mebel

ORO Mebel şirkəti MODERN Şirkətlər Qrupuna daxildir. Şirkət müştərilərinə mebellə təchizat üzrə kompleks həllər təklif edir.
Şirkətimizin fəaliyyətinin əsas hissəsini layihələr əsasında korporativ müştərilər üçün mebel istehsalı təşkil edir. Qısa müddət ərzində öz keyfiyyəti və peşəkarlığı ilə tanınan ORO müasir dizaynda DSP ve MDF əsaslı mebellərlə yanaşı, təbii ağacdan hazırlanmış mebellərin də istehsalını həyata keçirir. Eyni zamanda, müştərilərimizin fərdi sifarişlərinə və layihənin tələbinə uyğun olaraq, qabaqcıl Avropa fabriklərinin istehsalı olan mebellərin idxalı ve quraşdırılması kimi xidmətləri də təqdim edirik.

 

İstehsal prosesi yeni texnologiyalardan istifade edilməklə İtaliya və Almaniya avadanliqları ilə təchiz olunmuş, 5000 m² ərazidə yerləşən ORO fabrikində həyata keçirilir. Hazırda şirkətdə müştərilərin xidmətində durmağa daim hazır olan 100-dən çox işçi çalışır. İstehsal etdiyimiz mehsullara 2-4 il zəmanət verir ve müştərilərə tez ve nöqsansız xidmət göstərilməsinə çalışırıq.

 

Müştəri məmnuniyyətinin səviyyəsi bizim müvəfəqiyyətimiz üçün başlıca meyardır!


www.oro.az