Şirkət haqqında

2011-ci ildə yaradılan Modern Group of Companies MMC, yarandığı gündən etibarən yüksək kadr seçimi, uzun vədəli hədəflərin müəyyənləşdirilməsi və hədəfə çatmaq üçün səmərəliyi əsas fəlsəfəsi halına gətirən şirkətlər qrupu olaraq ölkədə qabaqcıl şirkətlərdən olmağa namizəddir.


Modern Group of Companies 19 fərqli sektorda fəaliyyət göstərən şirkətləri tərkibində birləşdirərək ölkə iqtisadiyyatına töhfə verməklə yanaşı mindən artıq təhsilli insana iş imkanları yaradır. Fəaliyyət göstərdiyi sektorlarda ; Meyvə Şirəsi və qazsız içki istehsalı, Tibb Mərkəzi, IT texnologiyaları xidməti, Mebel istehsalı və s., lider olmağı hədəfləyən şirkətlər qrupu insan resurslarının idarə edilməsi, istehsalatın keyfiyyətinin artırılması, xidmət səviyyəsinin yüksəldilməsi sahələrində dünyanın tanınmış şirkətləri ilə əməkdaşlıq edir və gələcək planlarını həyata keçirmək üçün daxili müştəri ( işçilər) məmnuniyyətinə xüsusi önəm verir.


Uzunmüddətli hədəflərə nail olmaq üçün 1,3 və 5 illik strateji planlar həyata keçirən və addım-addım hədəfə gedən yolda təkmilləşən şirkət müştərilərini varlığının səbəbkarı kimi görür və müştəri məmnuniyyətini əsas tutur.